RU

Avtoyuma məntəqələrində texniki sudan niyə istifadə edilmir? VİDEO

Bakıda və bölgələrdə olan avtoyuma məntələrinin sayı minlərlədir.

Xezerxeber.az xəbər verir ki, hər gün bu məntəqələrdə avtomobillərin yuyulması üçün tonlarla şirin su istifadə edilir.

Halbuki, bir çox ölkələrdə avtoyuma və buna bənzər məntəqələrdə texniki sudan istifadə edilir. Bu isə başlıca olaraq ölkədə şirin su etiyatlarına qənaət edir.

Avtoyuma məntələri işlədən şəxslər deyirlər ki, faktiki olaraq Bakıda onların bu xidmət üçün texniki sudan istifadə etmək imkanları yoxdur.

Bu şəxslər deyirlər ki, əslində texniki sudan istifadə imkanları olsa, onlar üçün də əlverişli olar. Çünkü hazırda istifadə etdikləri şirin suyu baha qiymətə alırlar.

Bəs Bakıda avtoyuma məntəqələrində texniki sudan istifadə etmək imkanı varmı?

Избранный
10
xezerxeber.az

1Источники