RU

Manaf Ağayevdən gündəmi zəbt edən görüntüsü barədə açıqlama - Video

Aktrisa Çimnaz Sultanovanın dəfn mərasimində müğənni Manaf Ağayevin səsləndirdiyi cümlə gündəm olub. Bəzi sosial media səhifələri sənətçinin jurnalistlərə açıqlamasında "rəhmətə getdiyi haqqında mənə deməyib" cümləsini rişxənd mövzusuna çeviriblər.

Manaf Ağayev Oxu.az-a açıqlama verib, sözügedən cümləni yanlışlıqla, həyəcandan dilə gətirdiyini bildirib:

"Yəni demək istəyirdim ki, o, ölüm barədə düşünmürdü, dedi ki, səhhəti yaxşıdır. Bəzi adamların səhhəti pisləşəndə ağlayırlar, deyirlər, "ölürəm". Amma Çimnaz dedi ki, yaxşıyam".

Qeyd edək ki, 45 yaşlı aktrisa 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.

Избранный
89
4
show.az

10Источники