Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında saxta araq içilməsi nəticəsində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Sfera.az bildirir ki, zəhərlənənlər Özbəkistan vətəndaşları olub. Zəhərlənmədən 6 ölüm hadisəsi qeydə alınıb.
Ölənlərdən biri qadındır. Artıq bu gün səhər saatlarında məlum olub ki, eyni araqdan içilməsi nəticəsində zəhərlənərək xəstəxanaya yerləşdirilən daha 4 nəfər ölüb. Türkiyə mətbuatında çıxan məlumata görə, son günlər Türkiyədə ümumilikdə iyirmi üç nəfər spirtli içkidən zəhərlənərək ölüb.
İnci
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта