RU

Blinken: HƏMAS-ı masaya Ərdoğan qaytardı - VİDEO

ABŞ Dövlət katibi Entoni Blinken, son açıqlamasında Türkiyənin HƏMAS məsələsində vasitəçilik rolunu vurğulayıb.

O, ABŞ nümayəndə heyətinin keçən həftələrdə Türkiyəyə səfər etdiyini xatırladaraq, Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirələr apardıqlarını bildirib.

“Prezident Ərdoğandan HƏMAS-ı yenidən masaya gətirmək və anlaşmanın nəticələnməsi üçün təsirindən istifadə etməsini xahiş etdik. Prezident Ərdoğan bunu etdi və HƏMAS da masaya geri döndü,” – deyə Blinken qeyd edib. 

Açıqlama Blinkenin bölgədəki diplomatik səyləri və Türkiyənin vasitəçilikdəki aktiv rolunu işıqlandırır.

Musavat.com bu barədə Türkiyə televiziyasında gedən müzakirədən bir parçanı oxucularına təqdim edir.

 

Musavat.com

Избранный
3
34
musavat.com

10Источники