Səudiyyə Ərəbistanının "Əl-Nəssr" komandası dünya şöhrətli futbolçu Kriştiano Ronaldoya təklif irəli sürüb.
“İki sahil” xəbər verir ki, fevralın 5-də 40 yaşını qeyd edəcək portuqaliyalı ulduz növbəti mövsüm üçün "Əl-Nəssr"dan futbol tarixində rekord sayılacaq təklif alıb.
Superulduz gələn mövsüm üçün 183 milyon avro maaş və 60 milyon avro imic hüququ əldə edəcək.
Bundan əlavə, klub Ronaldoya "Əl-Nəssr"in 5%-lik səhmlərini də təklif edib. Bu təklif Ronaldo üçün Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizəsini davam etdirmək üçün yeni bir səbəb olub.
Bu razılaşma ilə Ronaldo dünyanın ən çox qazanan futbolçusu statusunu qoruyacaq. Bu, futbol tarixində oyunçuya təqdim olunan ən böyük maliyyə təkliflərindən biridir.