RU

Orucluq nə vaxt girir? - 2025

Orucluq nə vaxt girir? - 2025

Ramazan ayı İslam dünyasında xüsusi əhəmiyyətə malik olan müqəddəs bir aydır. Bu ayda oruc tutmaq, ibadət etmək və Allahın mərhəmətinə daha çox yaxınlaşmaq üçün müsəlmanlar səylərini artırırlar. Ramazan, həm fiziki, həm də mənəvi təmizlənmə dövrü olaraq qəbul edilir və birlik, həmrəylik kimi dəyərləri ön plana çəkir. Eyni zamanda, bu ayda ehtiyac sahiblərinə yardım etmək və cəmiyyətdəki paylaşma mədəniyyətini gücləndirmək önəmli yer tutur. Ramazan ayı yalnız fərdi ibadət deyil, həm də ailə və cəmiyyət arasındakı bağların möhkəmləndiyi bir zaman kəsiyidir

Qlobal.net bildirir ki, Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. İlk Qədr (Əhya) gecəsi isə martın 18-i, digərləri martın 20-si, 22-si və 26-sı olacaq.


Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq.


Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Fatimə
Qlobal.net

Избранный
7
3
qlobal.net

10Источники