RU

Blinken ona etiraz edən jurnalistləri zaldan çıxartdırdı - Video

Aktaudakı təyyarə qəzası ilə bağlı ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi sonuncu mətbuat konfransında Qəzza ilə bağlı danışarkən bəzi jurnalistlər tərəfindən etirazla qarşılanıb.

“Qafqazinfo” “New York Post”a istinadən xəbər verir ki, amerikalı jurnalist Maks Blumental Blinkenin çıxışını kəsərək bunları deyib:

“Qəzzada 300 jurnalist sənin bombalarınla hədəfə alındı. May ayında razılaşmanız var idi, bunu hamımız bilirdik. Toni, sən bombalara mane olmadın. Niyə dostlarımın öldürülməsinə icazə verdin?”.

Bu çıxışından sonra M.Blumental zaldan çıxarılıb.

Çıxışına davam edən Blinken daha sonra eyni mövzuda başqa bir jurnalistin etirazı ilə üzləşib. Amerikalı jurnalist Sem Hüseyni etirazından sonra üç polis əməkdaşı tərəfindən zaldan zorla qovulub.

Jurnalist zaldan çıxarılarkən aşağıdakı ifadələri səsləndirib:

“Mən burada sakit oturmuşdum, amma indi məni iki-üç nəfər saxlayıb. Sən isə mətbuat azadlığından danışırsan”.

BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında bildirib ki, baş verənlər qəbulolunmazdır, hər kəs jurnalistlərin toxunulmazlığına və söz azadlığına hörmət etməlidir.

Избранный
6
5
qafqazinfo.az

10Источники