Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasının eroziv dəyişiklikləri olan və “Xəstəliklər cədvəli”nin I-II-III qrafaları ilə şəhadətləndirilən şəxşlər müalicə olunur və müalicədən sonra hərbi xidmətə yararlı sayılırlar.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
53 | Mədənin və onikibarmaq bağırsağın digər xəstəlikləri, qaraçıyərin, öd kisəsinin, öd yollarının və mədəaltı vəzinin xəstəlikləri: | |||
a) funksiyaların mühüm dərəcədə pozulması ilə | D | D | D | |
b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə | C | C | C və ya B FƏRDİ | |
c) funksiyaların cüzi dərəcədə pozulması ilə | A-3 | A | A, HDQ, DP-də FƏRDİ | |
ç) kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra həzm orqanlarının müvəqqəti funksional pozulmaları | Ç | Ç | Ç |