RU

Çinin əhalisi azalır - Statistika açıqlandı

Çin əhalisi əhalisi ildən ilə azalmağa davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Milli Statistika Bürosu (UIB) statistik hesabat açıqlayıb.

Məlumatna görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan Çin əhalisi 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfərə enib: "Əhali  sayı 2022-ci ildən başlayaraq azalmağa davam edir"

Məlumatda qeyd edilib ki, Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb: "Ölkədə 2024-cü ildə 9,54 milyon körpə doğulub. Bu, 2023-cü ilə nisbətən təxminən bir faiz azdır"

Hesabatda əhalinin qocalmasına da diqqət çəkilib. Bildirilib kik, pensiya yaşı 65 və yuxarı olan əhalinin sayı 220,23 milyon nəfərə çatıb: "Bu da ümumi əhalinin 15,6 faizini təşkil edir".

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
10
mia.az

1Источники