RU

Bərdə Şəhidi Nofəl Əlizadənin doğum günü qeyd olundu

13 yanvar 2025-ci il tarixində Bərdə şəhidi Nofəl Əlizadənin doğum günü münasibətilə anım tədbiri keçirildi. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Qarabağ regional filialının üzvləri və idarə heyəti tədbirdə iştirak edərək, şəhidin ailəsinə mənəvi dəstək oldular.

QHT.az xəbər verir ki, tədbir zamanı şəhidin ruhuna dualar oxundu, onun xatirəsi hörmət və ehtiramla yad edildi. Şəhid Nofəlin göstərdiyi qəhrəmanlıq və Vətən sevgisi tədbir iştirakçıları tərəfindən vurğulandı. 

Qeyd edək ki, 13 yanvar 1992-ci ildə Bərdə rayonu Saatlı kəndində anadan olan Əlizadə Nofəl Qənbər oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub şəhidlik zirvəsinə ucalmışdır! 1998-ci ildə Bərdə rayonunun Rafiq Orucov adına Saatlı kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2009-ci ildə orta məktəbi bitirib. 2010-cu ildə hərbi xidmətə çağrılıb. 2013-2019-cu illərdə Daxili qoşunlarda müddətdən artıq hərbi xidmət keçmişdir. Qəhraman şəhidimiz Tovuz hadisələrindən sonra hərbi xidmətə geri dönür və Vətən müharibəsində qəhramancasına iştirak edib şəhidlik zirvəsinə ucalır. Kənd qəbirsanlığında torpağa tapşırılır. Ailəli idi. İki azyaşlı övladı var. “Vətən uğrunda” medalı ilə təltif edilir. Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, hörmətlə yad edirik.

Ruhun şad olsun, Şəhidim!

Избранный
7
qht.az

1Источники