Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden, "Atəşkəs bizim sayəmizdə imzalandı" deyə bildirsə də, ABŞ Dövlət Katibi Entoni Blinken, Həmas-ı atəşkəs danışıqlarına gətirmək üçün Prezident Rəcəb Tayyib Ərdoğan-dan yardım istədiklərini açıqlayıb.
CNN Türk-ün ABŞ təmsilçisi Yunus Paksoy, Blinken-in sonuncu mətbuat toplantısında verdiyi açıqlamanı belə çatdırıb:
Blinken-ə atəşkəsin necə əldə edildiyi soruşublar. Blinken bildirib:
"Son həftələrdə Prezident Ərdoğanla görüşdük. Həmas-ı masa arxasına qaytarmaq və razılaşmanı tamamlamaq üçün Ərdoğanın təsirindən istifadə etdik. Ərdoğan bunu etdi və Həmas danışıqlar masasına geri qayıtdı."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31