RU

Duda Zelenskiyə açıqlamalarında daha diqqətli olmağı tövsiyə edib

Polşa prezidenti Anjey Duda Ukrayna prezidenti Vladimir Zelenskiyə bəyanatlarında daha diqqətli olmağı məsləhət görüb...

Poliqon xəbər verir ki, bu barədə Anjey Duda yanvarın 16-da wPolsce24 telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Ukrayna prezidenti son açıqlamalarının birində prezidentliyə namizəd Karol Navrotskini tənqid edib. Bu, yanvarın 15-də baş verən “Volın qırğını” ilə bağlı söhbət kontekstində baş verib.

“Düzünü desəm, Volodimir Zelenskinin yerində olsaydım, bu məsələdə daha diqqətli olardım”, deyə Duda həmkarının açıqlaması barədə bildirib.

Dudanın fikrincə, Zelenkinin Navrotskini tənqid etməsi yersizdir, çünki o, “Volın qətliamı” barədə Ukrayna prezidentindən daha çox bilir.

Mühafizəkar Hüquq və Ədalət partiyasının dəstəklədiyi Navrotski tez-tez milli faciə ilə Ukrayna arasındakı əlaqədən danışır. Onun fikrincə, qonşu dövlət Volın qətliamına görə cavab verənə qədər Avropa İttifaqı və NATO-ya üzvlük iddiasında ola bilməz. Bu, ilk növbədə, Qərbi Ukraynada öldürülən polyakların şəxsiyyətinin müəyyən edilməsi və dəfn edilməsi ilə bağlı Varşavanın tələblərinə aiddir.

Poliqon.info

Избранный
5
4
poliqon.info

5Источники