RU

Kredit təşkilatlarından şikayət kəskin artdı

Vətəndaşların kredit təşkilatları ilə bağlı Azərbaycana Mərkəzi Bankına yazılı müraciətləri kəskin artıb.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il kredit təşkilatlarından 11 min 370 yazılı müraciət daxil olub ki, bu da 2023-cü il ilə müqayisədə 40 faiz və ya 3 min 270 müraciət çoxdur.

Sığortaçılar ilə bağlı müraciətlər də 297 ədəd artaraq 3 min 123 olub.

Ən az artım kapital bazarı ilə bağlı olub – 9 ədəd artaraq 369 olub.

Digər müraciətlər isə 1813 olub. Ümumilikdə isə, Mərkəzi Banka ötən il 16 min 675 yazılı müraciət olub.


Müəllif: Bəkir Nərimanoğlu
Избранный
5
teleqraf.com

1Источники