RU

20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi - Deputat

Bakı. Trend:

20 Yanvar faciəsi xalqımıza qarşı əvvəlcədən hazırlanmış bircinayət idi. Totalitar Sovet rejimi tərəfindən xalqımıza qarşıtörədilən bu qanlı cinayətin əsas məqsədi xalqımızın azadlıq ruhunusındırmaq, xalqımzın gözünü qorxutmaq, milli azadlıq, müstəqillikəzmini qırmaq idi.

Bunu TrendMilli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, lakin məlum olduğu kimi, Sovet rejiminəinki bu çirkin məqsədinə çata bilmədi, əksinə, xalqımızınmübarizə əzmini daha da gücləndirdi, rejimə qarşı nifrəti daha daartırdı:

“20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycandaözünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Qəhrəman oğul vəqızlarımız əliyalın tankların qarşısına çıxaraq, böyük qəhrəmanlıqnümayiş etdirdilər və ölkəmizin azadlığı uğrunda canlarındankeçdirlər. 20 Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eynizamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsikimi daxil oldu.

Qanlı yanvar hadisələri Azərbaycan milli kimliyininformalaşmasına mühüm təsir göstərdi və faciədən sonra milli azadlıqhərəkatı tam siyasi məcraya keçdi, xalqımız öz gələcəyini yalnızmüstəqil Azərbaycanın qurulmasında gördü”.

Deputat bildirib ki, bu hadisə, eyni zamanda, totalitar rejimincinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi:

“Bu qanlı hadisə nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinəqara hərflərlə yazılan bir günə, qara ləkəyə çevrildi. Yüzlərləinsanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitarrejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayişetdirdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82nəfər amansızcasına qətlə yetirildi, 20 nəfər ölümcül yaralandı.Fövqəladə hal elan olunandan sonra isə yanvarın 20-də və sonrakıgünlərdə Bakı şəhərində 21 nəfər öldürüldü”.

Deputat qeyd edib ki, o zaman bu qanlı hadisəni beyəlxalqarenaya çıxarmaq, aqressiv və qəddar sovet hakimiyyətinin bucinayətlərini ifşa etmək olduqca çətin və təhlükəli bir məsələidi:

“Lakin ulu öndər Heydər Əliyev bu təhlükəni gözə alaraq Sovethakimiyətinin bu cinayətini ictimailəşdirdi. Bu tarixi gündə ilksiyasi qiymət dərhal ümummilli lider Heydər Əliyev tərəfindənverildi. Özü də imperiyanın mərkəzi – Moskva şəhərində. 1990-cı ilyanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatınıtəhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı DaimiNümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənintəşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilnoyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbuledildi. Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinəsiyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələbedilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cüilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqətiaşkar etməyə özündə cəsarət tapmadı.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevintəşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – MilliMəclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib. UluÖndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlhamƏliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrininsosial məsələlərinin həllinə xüsusi diqqət ayırır”.

A.Həsənova vurğulayıb ki, 20 yanvar faciəsi müstəqillik,istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıqhərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub:

“Azərbaycan xalqı heç zaman öz qəhrəman oğul və qızlarınıunutmur və 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrundazirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanınmüstəqilliyi uğrunda canlarından keçmiş 20 yanvar şəhidləri daimAzərbaycan xalqının qəlbinə yaşayır. Hər il yanvarın 20-də saat12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərininxatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraqdövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul vəqızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhunaehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Избранный
4
2
az.trend.az

3Источники