RU

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Şuşaya səfər ediblər (FOTO)

Şuşa. Trend:

Çin Xalq Respublikasının “Dongfang Electronics Corporation”şirkətinin nümayəndələri “Azərişıq” ASC-nin işğaldan azad olunmuşərazilərdə apardığı yenidənqurma, bərpa işləri ilə tanış olmaq üçünyanvarın 17-də Şuşaya səfər ediblər.

Trend-in bölgəmüxbiri xəbər verir ki, səfərdə korporasiyanın baş direktor müaviniŞitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, başmenecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdənibarət 9 nəfərlik heyət və “Azərişıq” ASC-nin nümayəndələri iştirakediblər.

Şuşa Elektrik Şəbəkə Rəqəmsal İdarəetmə Mərkəzində gələnqonaqlara dövlətimizin dəstəyi sayəsində qısa zaman ərzindəaparılan yenidənqurma işləri barəsində ətraflı məlumat verilib.Səfər zamanı tərəflər arasında elektrik təsərrüfatının müasirstandartlara uyğun qurulması və yeni əməkdaşlıqlar sahəsindətəcrübə mübadiləsi aparılıb.

Qonaqlar sonra Şuşa şəhəri ilə tanış olublar.

“Dongfang Electronics Corporation” qlobal səviyyədə tanınmış Çinenerji şirkəti olaraq dünyanın 50-dən çox ölkəsində fəaliyyətgöstərir. Şirkət elektrikpaylayıcı və ötürücü sistemlər üzrə tamsənaye zəncirinə və həll yollarına malikdir, həmçinin “ağıllıelektrik şəbəkələri”nin yenidən qurulması və tikintisi, elektrikSCADA sistemlərinin inkişafı və tətbiqi, yaşıl enerjinin inkişafıvə tikintisi sahəsində zəngin təcrübəyə sahibdir.

Qeyd edək ki, Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində“Azərişıq” ASC Çin Xalq Respublikasının “Dongfang Electronics”şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədlidanışıqlar aparıb. Davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq”ASC-nin rəhbər heyəti 2024-cü il dekabrın 5-də Çinin Yantayşəhərində yerləşən “Dongfang Electronics” şirkətinin təqdim etdiyiinnovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədəməlumat əldə etmək məqsədilə görüş keçirib.

Xatırladaq ki, “Dongfang Electronics” şirkəti “Ağıllı Şəbəkə”sistemlərinin yaradılması və idarə edilməsi sahəsində böyüktəcrübəyə malik olmaqla, bu yöndə bir çox ölkələrdə uğurlulayihələr həyata keçirib. Bundan başqa şirkət günəş panellərinin,enerji saxlama sistemlərinin və SCADA vasitəsilə idarəetməhəllərinin istehsalında ixtisaslaşıb. Bu sistemlərin tətbiqi iləenerji istehlakında qənaət təmin olunur. Buna misal olaraqUkraynada enerji saxlama deposu və Şandonq əyalətində 22 MVtgücündə günəş örtüyü panelləri layihələri uğurlareallaşdırılıb.

Səfər zamanı “Dongfang Electronics” şirkətinin istehsalmüəssisələri ilə tanışlıq həyata keçirilib. Burada amorf nüvəliüçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabatsayğacları və kameralı sayğac qutuları nümayiş olunub. Smartsayğaclar xüsusi diqqət çəkib, çünki onlar müasir rabitəprotokolları (RS, GPRS, PLC) ilə təchiz olunub və qaz, su, elektrikenerjisi üçün birgə sayğac funksiyası təklif edir.

Əməkdaşlığın davamı olaraq “Dongfang Electronics Corporation”ınrəhbər heyəti Bakıya səfər edib.

Yanvarın 13-19-nu əhatə edən səfər çərçivəsində korporasiyanınbaş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoruVei Liu, baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmişəxslərdən ibarət heyət “Azərişıq” ASC-nin rəhbər şəxsləri iləgörüş keçirib. Bu əməkdaşlıq tərəflər arasında innovativ yeniliklərvə təcrübə mübadiləsi məqsədi daşıyıb.

“Dongfang Electronics Corporation”ın nümayəndə heyətininAzərbaycana səfəri yanvarın 19-da başa çatacaq.

Çinin
Избранный
4
2
az.trend.az

3Источники