RU

“Sazişdəki bu detal bir daha Amerikanın ermənipərəst mövqeyinin bariz sübutudur”-ŞƏRH

“ABŞ və Ermənistan arasında imzalanan tərəfdaşlıq haqqında sazişdəki bu detal bir daha Amerikanın ermənipərəst mövqeyinin bariz sübutudur: “Azərbaycan Prezidenti Ermənistanın “böyük bacısı” kimi haqlı olaraq Fransanı göstərmişdi. Biz də bu sıraya “daha böyük bir bacı” kimi Amerikanı da əlavə edək. Təkcə bu fakt göstərir ki, ATƏT Minsk qrupu nə qədər mənasız və ermənipərəst qurum olub. Təsəvvür edin ki, Minsk qrupunun 3 həmsədr ölkəsindən ikisi Amerika və Fransadır. Azərbaycan haqlı olaraq, birdəfəlik Minsk qrupunun varlığına tüpürdü…Birləşmiş Ştatlar 30 ilə yaxın bir milyon məcburi köçkün həyatı yaşayan azərbaycanlılarla bağlı hansı əməli addım atdılar? Özlərini “demokratiyanın beşiyi” adlandıran ABŞ-a o sualı vermək lazımdır ki, budur sizin ədalətiniz? Qarabağdan köç edən ermənilər özləri bir daha geri qayıtmaq istəmədiklərini hər addımbaşı bəyan edirlər. Hətta Ermənistana qayıdan ermənilər oradan da kütləvi şəkildə Avropa ölkələrinə üz tuturlar. Bu isə o anlama gəlir ki, onların geri qayıtmaq istəkləri ümumiyyətlə yoxdur. İndi Amerikanı nə narahat edir? Ali Baş Komandan dəfələrlə bəyan edib ki, Xankəndidən köç edənlər hər zaman geri qayıda, Azərbaycan vətəndaşlığını qəbul edib, ölkəmizin qanunları altında yaşaya bilərlər. Onların təhlükəsizliyinə tam zəmanət verildiyini də rəsmi Bakı dəfələrlə vurğulayıb. Yenə də ermənilərin bundan sonra da Xankəndinə qayıtmaq imkanları daim qalır, təbii ki, söhbət burada Xankəndidə yaşamış ermənilərdən gedir”.

AĞ Partiya sözçüsü və başqan müavini, siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a yanvarın 14-də ABŞ-la Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sənədində Vaşinqtonun 2023-cü ilin sentyabrından bəri “məcburi köçkünlük böhranı” ilə üzləşənlərə yardım göstərilməsi prosesində İrəvana dəstəyi davam etdirməyi planlaşdırdığı barədə müddəanı şərh edərkən deyib.

Partiya funksioneri burada Azərbaycana Amerika tərəfindən təzyiq elementinin də müşahidə olunduğunu qeyd edib:

“Burada “Məcburi köçkünlərə yardım” dedikdə Azərbaycana təzyiq etmək məqsədi güdülür. Bilirsiniz ki, Amerika Konqresi və Senatında kifayət qədər ermənipərəst konqresmenlər və senatorlar var. Gələcəkdə bu məsələnin Konqres və Senatda tez-tez gündəmə gətirilməsi üçün indidən zəmin hazırlayırlar. Ermənilər də buna ümidlidirlər və yanvarın 14-də imzalanan sənədi toy-bayram kimi qeyd edirlər. Amma unutmurlar ki, öncəliklə o sənəd kağız parçasından başqa bir şey deyil. Buna bənzər sənədlər bundan öncə Gürcüstan və Ukrayna ilə də imzalanıb. Hər iki ölkənin taleyi göz önündədir. Qonşu Gürcüstan Abxaziya və Cənubi Osetiya kimi sağalmaz yara alıb. Ukrayna isə, 2014-ci bir yara aldı və indi o yara yayılmağa başlayıb. İndi Ukraynanın hansı əraziləri itirəcəyi məlum deyil, amma bu gedişlə yenə də ərazi itkisinə məruz qalacaq. Bu tarixi dərsi Ermənistan unutmamalıdır ki, ala bilər. Bir də unutmasınlar ki, Ermənistan nə Gürcüstan, nə də Ukrayna deyil. Daxilindəki 102-ci rus hərbi bazasının olduğunu hər an xatırlamalıdır. Ermənilərin Qarabağa qaytarılması məsələsi gündəmə gətirilə bilərmi sualınıza gəlincə, düşünürəm ki, bu məsələ birdəfəlik qapanıb. Bu suala Xankəndidən köç edərkən və ondan sonra ermənilərin özləri elə cavab veriblər. Amerika, Fransa və digər beynəlxalq güclər nə qədər də çalışsalar da, heç nəyə nail ola bilməyəcəklər. Xankəndinə bir daha çirkli erməni ayağı dəyməyəcək. Biz o müqəddəs şəhəri separatçılardan tam təmizləmişik və o müqəddəs yerə işıq və səadət gətirmişik. Bir daha onun quldurların əlinə keçməsinə imkan verməyəcəyik. Bu gün həmin Xankəndidə bir vaxtlar gur-gur guruldayan ermənilərin məhkəməsi başlayır. Azərbaycan onları öz paytaxtında mühakimə edir. Elə bu faktın özü yanvarın 14-də imzalanan sənədlə bağlı tərəflərə ən tutarlı cavabdır”.

//Gülnarə Abasova, Editor.az

Избранный
7
editor.az

1Источники