RU

Fond: Ötən il 1871 kirayə müqaviləsi rəsmiləşdirilib

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ötən il ümumilikdə 1871 kirayə müqaviləsi rəsmiləşdirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki,bu, 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 30,9 faiz çoxdur.

Ümumilikdə ötən ilin sonunadək mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

Избранный
2
8
yeniazerbaycan.com

10Источники