RU

Azərbaycanda ötən il 1871 şəxs dövlətdən kirayəyə mənzil götürüb

İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası davam etdirilir.

FED.az xəbər verir ki, fondun yaydığı məlumatda bildirilir ki, 2024-cü ildə mexanizm çərçivəsində ümumilikdə 1871 kirayə müqaviləsi rəsmiləşdirilib ki, bu da 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 30,9% çoxdur.

Ümumilikdə indiyədək mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

Избранный
3
15
fed.az

10Источники