İngiltərənin "Mançester Siti" klubu norveçli hücumçusu Erlinq Holandla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "şəhərlilər"in rəsmi saytı yayıb.
24 yaşlı forvardın yeni anlaşmasının müddəti 2034-cü ilin yayınadək nəzərdə tutulub.
Erlinqin əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər idi.
Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"in formasını geyinən Holand iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə İngiltərə Kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi adını qazanıb.
Nihat