AZ

"Mançester Siti" Holandla müqavilə yenilədi

İngiltərənin "Mançester Siti" klubu norveçli hücumçusu Erlinq Holandla müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, informasiyanı "şəhərlilər"in rəsmi saytı yayıb.

24 yaşlı forvardın yeni anlaşmasının müddəti 2034-cü ilin yayınadək nəzərdə tutulub.

Erlinqin əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər idi.

Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"in formasını geyinən Holand iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə İngiltərə Kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi adını qazanıb.

Nihat

Seçilən
3
fanat.az

1Mənbələr