Bakı. Trend:
Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdətutuan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir.
Trend xəbərverir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan vəAzərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyanın 10-cu İclasının açılışında bildirib.
“Biz konkret praktiki addımların həyata keçirilməsində vəregionda əməkdaşlığa dəstək olmaqda səmimi şəkildə maraqlıyıq.Gürcüstan tərəflərə müxtəlif istiqamətlərdə Cənubi Qafqazın hər üçölkəsinin iştirakını nəzərdə tutuan üçtərəfli əməkdaşlıqtəşəbbüsünü təklif edir”, - deyə gürcüstanlı baş nazirsöyləyib.
Kobaxidze qeyd edib ki, komissiyanın iclası iki ölkə arasıdnadinamik əməkdaşlığa vəsilə olacaq.
“Mən Bakıda olmaqdan böyük şərəf duyuram – o şəhər ki, hər səfəröz gözəlliyi və inkişaf templəri ilə təəcübləndirir. Mən şadam ki,mənə Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrəHökumətlərarası Komissiyanın 10-cu İclasına ilk dəfə olaraqhəmsədrlik etmək imkanı düşüb. Qəti şəkildə əminəm ki, bugünküiclas bizim əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar üzəçıxaracaq və bizim ölkələr arasındakı strateji tərəfdaşlığı dahadinamik və daha məhsuldar edəcək.
Fürsətdən istifadə edib, Azərbaycanı BMT-nin 29-cu İqlimDəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının(COP29) uğurlu şəkildə keçirilməsi münasibətilə təbrik etməkistərdim. Mənə də COP-29-un işində iştirak etmək imkanınındüşdüyünə şadam. Bir daha təsdiq etmək istəyirəm ki, Gürcüstan vəAzərbaycan bir-birinin suvernliyini və ərazi bütövlüyünü möhkəmşəkildə dəstəkləyir və Sizə təşəkkürümü bildirmək istəyirəm”, -deyə baş nazir bildirib.
Onun sözlərinə görə, regionda və dünyada sürətlə dəyişən vəçətin geosiyasi şərtlərdə regional inkişaf və dayanıqlı rifahbaxımından sülh və sabitlik daha böyük önəm kəsb etməyəbaşlayır.
“Əminəm ki, birgə səylərimizin sayəsində biz təkcə buçağırışların öhdəsindən gəlməyəcək, həm də daha məhsuldarəməkdaşlıq üçün mövcud imkanlardan maksimum səmərəli şəkildəistifadə edəcəyik. Biz konkret praktiki addımların həyatakeçirilməsində və regionda əməkdaşlığa vasitləçilikdə səmimişəkildə maraqlıyıq. Gürcüstan tərəflərə müxtəlif istiqamətlərdəCənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutuanüçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir”, - deyə baş nazirbildirib.