RU

Quru sərhədlərin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bir qədər öncə sosial şəbəkələrdə mülki şəxslərin Azərbaycan-Gürcüstan sərhədindən keçdiyini əks etdirən görüntülər yayılıb. 

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya bildirilib ki, sərhəd buraxılış məntəqələri Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyət göstərir. 
 

"Sərhəd buraxılış məntəqələri Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyət göstərir. Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar hava nəqliyyatından istifadə etməlidirlər, lakin ölkədən çıxış üçün heç bir məhdudiyyət yoxdur", - DSX-dən bildirilib. 


Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi 1 aprel 2025-ci ilə qədər uzadılıb. 


Bizim.Media

Избранный
4
3
bizim.media

5Источники