RU

Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İHA məlumat yayıb. 

Türkiyəli nazirin səfər çərçivəsində Prezident İlham Əliyev və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcəyi bildirilir. Görüşlərdə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi bildirilib.

Həmçinin Fidanın həmkarı Bayramovla regiondakı vəziyyət, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, Suriya, Qəzza və Ukraynadakı proseslərlə bağlı fikir mübadiləsi aparacağı deyilir. 

Избранный
8
5
qafqazinfo.az

10Источники