RU

Sabunçu RİH-dən Bakıxanovda gecə saatlarında həyata keçirilən tikinti işləri ilə bağlı AÇIQLAMA

Sabunçu Rayon İcra Hakimiyyəti paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində gecə saatlarında ağır texnikalarla tikinti işləri aparıldığı üçün sakinlərin etiraz etmələrinə münasibət bildirib. 

 

RİH-dən Pravda.az-a verilən açıqlamada deyilib ki, Aşıq Alı küçəsi 12, 12A, 14A və 18 saylı ünvanlarında yerləşən və uzun müddət əsaslı təmir olunmadan istismar edilən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəzalı hesab edilən məhdud kommunal şəraitli çoxmənzilli yaşayış binaları “Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış kompleksinin inşasına başlanılıb.

 

Bu məqsədlə sözügedən ünvanda yerləşən 1.0858 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15.07.2022-ci il tarixli Sərəncamı ilə “Memarlıq Şəhərciyi 2021” MMC-yə icarəsinə ayrılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ETİ-47/24 saylı 28.11.2024-cü il tarixli tikintiyə icazə sənədi ilə 14 mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilib. Əlavə olaraq nəzərinə çatdırırıq ki, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir. Belə ki, icazə verilən və kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır”. 

 

Aytəkin Qardaşova 

Tarix: 17 Yanvar 2025, 14:57   
Избранный
7
pravda.az

1Источники