RU

"Putin Ukraynaya nüvə zərbəsi endirməyi nəzərdən keçirib" - "Mən onu inandırdım ki..."

"Avropada hər kəs, o cümlədən ruslar nüvə silahından istifadədən qorxur. Buna baxmayaraq, Rusiya lideri Vladimir Putin Ukraynaya belə bir zərbə endirməyi nəzərdən keçirib".

Bu barədə ABŞ Prezidenti Co Bayden MSNBC kanalında amerikalı aparıcı Lourens O'Donnellə Oval kabinetdə verdiyi müsahibədə bildirib.

Ağ Ev rəhbərinə Putinə Ukraynada taktiki nüvə silahı tətbiq etməməklə bağlı danışıq aparıb-aparmadığı soruşulub. Bayden belə bir danışıq olduğunu təsdiqləyib.

“Putin taktiki nüvə silahından danışmağa başlayanda, mən onun bunu istifadə etmək istəyib-istəmədiyini soruşdum. O isə cavabında "Xeyr, mən bunu etmək istəmirəm," dedi. Taktiki nüvə silahı Avropada hər kəsi, o cümlədən rusları qorxudur,” - ABŞ Prezidenti qeyd edib.

Baydenin sözlərinə görə, o, Putinə Ukraynada nüvə silahının qalmadığını bildirib. O əlavə edib ki, Rusiya lideri Kiyevin belə bir imkana sahib olacağı təqdirdə  Moskvaya nüvə zərbəsi endirəcəyindən ehtiyatlanır.

“Mən onu əmin etdim ki, orada (Ukraynada - red.  heç bir nüvə silahı yoxdur.  Mən dedim ki, onlar sistemlərini dəyişmədikcə NATO-nun bir hissəsi olmayacaqlar. Biz onların inkişafına dəstək olmağa davam edəcəyik, əgər bacarsaq. Amma bunun əvəzində sən (Putin - red. ) onlara hücum etməyəcək və onların ərazilərini işğal etməyəcəksən,” - Bayden bildirib.

"AzPolitika.info"

Избранный
10
azpolitika.info

1Источники