RU

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana başsağlığı verib

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verib.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

"Operativ Media"nın məlumatına görə, başsağlığında deyilir:

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bakı Yeparxiyasının ruhaniləri ilə birlikdə mərhəmətli Yaradana dualar edirəm ki, kədərlənənlərin və yaralananların qəlbinə təsəlli bəxş etsin, bu faciənin təsirinə məruz qalan insanların hamısına güc versin".

Избранный
3
25
operativmedia.az

10Источники