Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib.
Bizim.Media xəbər verir ki, ilk “8-lik” 13-cü turun oyunlarından sonra dəqiqləşib.
“Birbaşa Bakı” 37 xalla müntəzəm mövsümü birinci pillədə başa vurub. “Zirə” 34 xalla ikinci, “Aznur” 32 xalla üçüncü olub.
Növbəti sıralarda “Sumqayıt” (29 xal), “Galaxy” (26 xal), “Göyçə” (19 xal), “Star Bakı” (18 xal) və “Laçın” (15 xal) komandaları qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта