RU

Azərbaycanda ötən il dəniz nəqliyyatı ilə daşınan yüklərin 49%-i neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ildə daşınmış yüklərin həcmi 8 621,4 min ton təşkil edib və əvvəlki ilə nisbətən 4,3% azalıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 48,9%-ni neft yükləri təşkil edib.

    “Dəniz limanları tərəfindən 14 051,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 315,8 min tonunu və ya 80,5 faizini tranzit yüklər təşkil edib. 2025-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 653 min ton olub”, - məlumatda qeyd olunur.

    Ən sərfəli kredit üçün müraciət et

    Избранный
    5
    1
    banco.az

    3Источники