RU

Tehranda Ali Məhkəmə binası yaxınlığında atışma: İki hakim öldürüldü

İranın paytaxtı Tehranda Ali Məhkəmə binası yaxınlığında baş verən silahlı hücum zamanı iki hakim həyatını itirib, biri isə yaralanıb.

Musavat.com xəbər verir ki, İranın məhkəmə sistemi mətbuat xidməti bildirib ki, öldürülən hakimlər terrorizm və casusluqda şübhəli bilinən şəxslərin işlərinə baxırdı.

Hücumun motivləri ilə bağlı hələlik əlavə məlumat verilməyib.

Hadisə bölgədə böyük rezonans doğurub və istintaq davam edir.

Musavat.com

Избранный
26
2
musavat.com

5Источники