RU

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın yeni hökuməti ilə birlikdə Bəşər Əsədin cinayətlərini araşdıracaq

Bakı. Trend:

Suriyanın yeni administrasiyasının lideri Əhməd əl-Şaraa paytaxtDəməşqdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru KərimXan ilə görüşüb.

Trend Suriyanındövlət xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, əl-Şaraavə Suriyanın xarici işlər naziri Əsəd Əl Şaibani diktator BəşərƏsədin cinayətlərinin araşdırılmasında BCM ilə əməkdaşlığa hazırolduqlarını bildiriblər.

BCM-dən verilən açıqlamada qeyd olunub ki, Kərim Xan Suriyadatörədilən cinayətlərə görə cavabdehlik üçün tərəfdaşlığınqurulmasına dair açıq və konstruktiv müzakirələrə görəminnətdarlığını ifadə edib.

Keçən həftə Suriyadakı qurbanları təmsil edən türkiyəli vəkillərBCM-ni Əsəd və 17 yüksəkvəzifəli məmurun hərbi və insanlığa qarşıcinayətlər törətdiyinə görə “təcili olaraq” həbsinə order verməyətəşviq ediblər.

Bundan əvvəl, yanvarın 11-də Suriya rəsmiləri ilə görüşdən sonraaçıqlama verən vəkillər Gülden Sönmez və Cihat Gökdemir 2017-ciildə Baas rejimindən əziyyət çəkən müvəkkilləri adından Əsəd vəyüksəksəviyyəli hərbi və siyasi xadimləri mühakimə etmək üçünHaaqada proses başlatdıqlarını bildiriblər.

Kərim Xan “Reuters” agentliyinə müsahibəsində deyib ki, SuriyaBMC-ə üzv dövlət deyil, lakin onun yurisdiksiyasını ilk addım kimiqəbul edə bilər. “Keçid hökuməti tərəfindən Suriyadan gələn bəziaçıqlamalar ədalətə açıqlıq və baş vermiş cinayətlərə görəməsuliyyətə işarə edir", - deyə o qeyd edib.

Избранный
7
4
az.trend.az

5Источники