RU

QAYSAQ TUTMAYAN YARAMIZ...

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq  35  il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi  ümumxalq hüzn günü!  Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından  Qarabağımızın xilası,  Qələbə müjdəsi ilə gedirik!

 

Gözün aydın Azərbaycan Dünyası!

Qələbə müjdəsini verən oğullar!!!

Sizlərlə Qururludu Vətən Oğullar!!!

Tarixinə sahib çıxmaq zamanıdır!!!

Bunun üçün şəhid olub oğullar!!!

Mənfur düşmənin belini qıran!

Düşməni diz çökdürüb, qan udduran!

Qələbə çalan  Oğullar!!!

Qanınızı  aldılar, ŞƏHİDLƏR!!!

Qarşınızda baş əyirik!!!

Haqqınız boynumuzadadır!!!

Sizlərə rəhmət deyirik!!!

Sizləri unutmağa haqqımız yox!!!

Dəmir Yumruq tək birləşib!

Əldə Qılınc Ali məqsədə çatmaq!!!

Tarixi torpaqlarımıza sahib olmaq!!!

Qətiyyətli Ali Baş Komandanın!!!

Var gücü ilə hayqıran Körpələrin!!!

Vətən sevdalı müəllimlərin var!!!

Yetirmələri ilə qürur duyurlar!!!

Yeni Əsr, Yeni Era Türk Erası!

Sınanır Türk Dünyası!!!

YARANIR TURAN DÜNYASI!!!

GÖZÜN AYDIN TÜRK DÜNYASI!!!

DÜNYA NİZAMINA ATILAN İMZA!

AZƏRBAYCAN- TÜRKİYƏ İMZASI!!!

UNUDULMAZ  “QARA YANVAR”

BAŞIN SAĞ OLSUN VƏTƏN!

Yer yiyəsiz olanda, millət başsız olanda,

Düşmən qansız olanda necə müsibət  olar?

Belə qiyamət olar:

– İnsan oğlu şəhid olar, torpaq qanla suvarılar!

Millət oyansın  deyə, ayağa qalxsın deyə!

Şəhid olub oğullar!!!

İnsanların qəlbində daim sağdır şəhid olan oğullar!

Tarix üçün abidədir daşlaşan, heykəlləşən oğullar!

Vətən üçün qurban  gedən oğullar!

 

Yerdə qalmaz şəhid qanı.

Bu qan mütləq alınacaq, yatmışlar da oyanacaq!

Unutmayacaq: – yatmır şəhid anaları!

Odsuz-ocaqsız yanır, bacılar qara bağlayır!

Sızıldayır, ağlayır.!!!

Bəy otağı bağlı qalıb, gəlininsə bax, əlləri xınalı!

Ataların əlləri göydə qalıb!

Qurban deyib bircə qola analar!

Bala deyə zar-zar ağlarlar!

Uşağın nə günahı var, qocanın nə günahı?

Şəhid olan alimin nə günahı?

Yerdə qalmaz vallah ahı bu günahsız millətin!

Öz haqqını alacaqdır millətim!!!

Şəhidlərin qarşısında öz borcunu verəcək!

Ya da, şəhid olacaqdır millətim!

Yaşamağa layiq olan millətim!

Yaşayacaq, yaşadacaq millətim!

Yumruq tək birləşəcək, əzəcəkdir,

O, düşmənin başını!!!

Şəhid olan torpağının o, yiyəsi olacaqdır!

Azad olan Qarabağda nakam ölən oğullarçün,

O, toy–büsat quracaqdır!!!

Şərq ilə  Qərb arasında Qapı olan,

Dünya üçün Böyük İpək Yolu olan,

Sinəsində şəhidlərin qanı olan,

Məmləkətdir Azərbaycan, müstəqildirAzərbaycan!!!

Gələcəyi daha parlaq, daha uca Azərbaycan!!!

Dünya böyük mərkəzində Azərbaycan!!!

İgidlərin can verib, can!

Azərbaycan, Azərbaycan!

Qoca Şərqin  Qapısısan!

Başını  dik tut, Vətən!

Başın sağ olsun, Vətən!

Qurbanı vardan vermisən,

Sonsuz deyilsən, Vətən!

Bil ki, haqla qorunmusan, yenə haqla qorunarsan!!!

Zaman-zaman sınanmısan,

Sınaqlardan sən üzü ağ çıxmısan!

Bu gün də sınaqdasan!

Bu sınaqdan  çıxacaqsan,  intiqamın alacaqsan!

Torpağının  sən yiyəsi olacaqsan!

Övladına arxa–dayaq!

Sən dünənsən, həm də sabah!

Daha nurlu gələcək sənin sabahın!

Odlar Yurdu diyarım mənim, Azərbaycanım!

Nə yaxşı ki, günahsız olan xalqın,

Ahı yerdə qalmadı!         

Dağıldı, tarimar oldu, SSRİ qalmadı!

Şəhidlərin arzuları gözlərində qalmadı!

Bir zaman endirilmiş bayraq yerdə qalmadı!

Müstəqil olsun Vətən, bu əsrin əvvəlində,

Müstəqil olan Vətən,  buna imkan yarandı!

Şəhid oldu bunun üçün oğullar!

Qurban getdi oğullar!

 

Bakının mərkəzində onların xatirəsinə

Bir abidə yaradılmış, “Şəhidlər Xiyabanı” adlanmış!

Qanlı cinayətlərə Şahidlər Xiyabanı!

Millətin yaddaş yeri, insan üçün and yeri!

Şəhidlərin gor yeri, müqəddəs ruhlar yeri!

Şəhidlər Xiyabanı, Şahidlər Xiyabanı!

VƏTƏN ŞƏHİDLƏR ÜÇÜN

Şəhidlər sırasında  İlhamla  Fərizə var.

İlqar ilə Larisa, Mehman da, Rauf da var.

Ölənlərin içində üç görkəmli alim var!

Meydanda olan da var, evində olan da var,

Lənkəranda,  Neftçalada olan var!

Gələn qoşun içində xüsusi qrup da var.!

İntiqamın alırdı!

Günahsız olanları, silahsız olanları,

Rastına çıxanları qırırdı, intiqamın alırdı!

Buna imkan yaradanlar var idi!

Düşməndən də alçaq olanlar var idi!

Bu millətdən bilin, deyillər onlar,

Ermənidi,  ya da ondan dönmədi!

Bax,  görürsünüz heç birisi ölmədi!

Onlar yoxdu  Vətən üçün!

Şəhidlər var Vətən üçün!!!

Vətən var Şəhidlər üçün!!!

 

Gülərsən,  gülə bilsən, göz yaşın silə bilsən.

Başını dik tutarsan intiqamın ala bilsə!.

Bilin, günahkar olarıq,

Günahlara biz batarıq nəticə çıxarmasaq!!!

Olanları yaddaşlarda yaşatmasaq!!!

Torpaqları  qaytarmasaq!!!

Şəhidlər  üçün Qarabağın mərkəzində,

Biz Abidə yaratmasaq!!!

Odsuz-ocaqsız yanar şəhidlərin yataqları!

Heç zaman bağışlamaz bizi şəhid ruhları!!!

Biz Yumruq tək düyünlənib,

Bir məqsəd üçün birləşək!!!

Namussuzluq ləkəsini üstümüzdən biz silək!!!

Bir olmaq üçün, gəlin, bu gün and içək!!

Daha nurlu sabahlara

Alnıaçıq,  gəlin üzü ağ gedək!!!

 

AĞILAR

Əziziyəm laylalar,

Bayatılar, laylalar.

Ağı üstə deyiləcək

Bu gün burda laylalar.

                                     Zülümlə böyütdüyüm,

                                       Ərsəyə yetirdiyim,

                                     Toyunu görmədiyim

                                     Balam  laylay, a laylay.

Gəl, ağlama sən hələ,

Qoy ağlayım mən belə!

Təzəcə toy etmişdim,

İli olmayıb hələ.

                                            Demə üzü bərk mənə,

                                              Ürəyi kövrək mənə.

                                               Dözümümə heyrət et!

                                               Qəbri qoşa qazıram!

                                               Sən gücünə heyrət et!

Bu oğlan nə gözəldi,

Baxan İlham alardı.

Xiyabanda siz bilin,

İlham, ilk sırada yatandı!

                                             Əzizimiz belə olmaz,

                                             Qan olmaz, qada olmaz.

Görüşə çağırdın məni,

Görüş yeri belə olmaz.

Ah-nalə belə olmaz,

Bəy evi belə olmaz!

Gəlinin yatan yeri,

Daş olmaz, torpaq olmaz.

                                             Əziziyəm anası,

                                              Şəhid bəyin anası.

                                            Odsuz-ocaqsız yanır,

                                             Göyə qalxır naləsi!

Əzizim baxmaq olmaz,

Yaşı saxlamaq olmaz.

Şəhidin balasının

Üzünə baxmaq olmaz.

                                               Daşdı, daş!

                                             Torpaqdakı yaşdı, yaş!

                                              Gözəl, cavan  oğlanlar,

                                              Torpağa yaraşdı bax!

 

 

 

 

Gül dənizi, olardı gül dənizi.

Toylar üçün gül dənizi,

Küçələrdə gül dənizi.

Yollar boyu gül düzülür,

Düşmən heyrətə gəlir.

                                             Gəlin necə incədir,

                                               Bəyin  ürəyincədir.

                                                 Xiyabanda İlhamla

                                                 Qoşa olan Fərizədir.

Körpədir balam mənim,

Körpə İlqarım mənim.

Fələk gözümdə qoydu

Allah, muradım mənim.!

Gözün aydına, ay ana

                                                        Muştuluğun ver sənə.

                                                        Bircə qolu tapılıb!

                                                        Yusifinin ay ana.

Laylasını asta çalaq,

Gəlin, muğam üstə çalaq,

Yanıq Kərəm üstə çalaq,

Yanıqlı layla çalaq.

                                                               Bəy bacısı,

                                                              Qardaşa qurban bacısı.

                                                              Bağlı qalıb bəy qapısı,

                                                              Yaş içində bəy bacısı.

Gəlin, gəlin, ay gəlin,

Nə xoşbəxtsən ay gəlin.

Bəylə qoşa yatırsan

Xiyabanda sən gəlin.

                                                       Hər tərəf gülə bələnir,

                                                      Güllər də  ağı deyir

                                                       Bu cansız cavanlara,

                                                       Bu günahsız olanlara.

Ağlar gördük gülləri, əyilmişdi qəddləri.

Güllələnmiş qəddləri, didilmiş cəsədləri

Gəlib görən ağladı:

Göydə quşlar, yerdə güllər ağladı.!

                                                        Allahın dərgahında  hamı birdi deyirlər,

                                                         Yoxdur  millət, din fərqi söyləyirlər.

                                                         Xiyabanda birgə yatır Sahidlər, Şəhidlər!

                                                          Yoxdur burda din fərqi, İnsanlar bunu görürlər!

ŞƏHİD OĞULLAR DOĞULUR

Baş verən necə müdhiş, necə ağır cinayət.

Cinayətdən çıxış yolu xəyanətdir, xəyanət!

Necə  olsun, partladılsın!

Dağıdılsın televiziya, qoy efir də susdurulsun!

Bilinməsin bu cinayət.

Həmin günlər bircə ümid Tanrıya,

Bir də, bir də Mirzə Xəzərə qaldı.

Mirzə Xəzər eşidirsən?

Eşitdir sən, bütün dünya gərək bilsin;

Tökülür qan, didilir can!

Dinc əhali olur güllə-baran!

Şəhid oğullar doğulur!!!

TehsilForumu.Az                                                         Zülfiyyə VƏLİYEVA

                                                        ADPU ETM-nin Elmi işçisi,Əməkdar müəllim.

                                                Akademik M.Mehdizadə mükafatı laureatı

Избранный
25
tehsilforumu.az

1Источники