RU

Qərbi Azərbaycan Xronikası: "Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Urud abidələrindəki svastika qədim türk inancını simvolizə edir" adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, dosent Aslan Xəlilov Qərbi Azərbaycan abidələrindən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycan abidələri bütöv Azərbaycan abidələri ilə eynilik təşkil edir: "Bu bölgə mehir, qoçdaş, sənduqələr türk-oğuz mənsubiyyəti ilə seçilir. Qərbi Azərbaycanda olan abidələrinin araşdırması yeni faktları üzə çıxarıb. Urud abidələrindəki svastika qədim türk inancını simvolizə edir. Orada ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir. Qərbi Azərbaycan abidlərinin böyük əksəriyyəti Azərbaycan üslubu ilə türklər tərəfindən tikilib".
Onun sözlərinə görə, Qoşundaş kompleksində əsgərlər dəfn olunurdu ki, ruhları gəlib, burada dövr etsin. Orada kişi və qadın qəbirlərinə fərqli işarələr qoyulurdu.
Ermənilər donuz saxladıqları üçün toxuculuq, xalçaçılıq ilə məşğul ola bilmədiklərini deyən A.Xəlilov sonda Urud sənduqəsi üzərində müəmmalı işarənin mənası, Qoşundaş kompleksinin mistikasının dəqiq izahı ilə bağlı fikirlərini söyləyib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
4
2
oxu.az

10Источники