ABŞ-də yeni seçilmiş prezident Donald Tramp hakimiyyətinin ilk günündən etibarən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Trampın yeni komandasında sərhəd təhlükəsizliyinə cavabdeh olan Tom Hovman bildirib.
Qeyd olunub ki, yanvarın 21-dən etibarən ölkədə qanunsuz yaşayan miqrantların saxlanılması və deportasiyası istiqamətində işlər başlayacaq.
Trampın komandası ilk növbədə cinayət törətmiş miqrantları da hədəf alacaqlarını açıqlayıb. Buna baxmayaraq, tədbirlər ABŞ-dəki bütün qanunsuz miqrantlara şamil ediləcək.
Xatırladaq ki, Tramp daha əvvəl ölkə tarixindəki ən böyük deportasiya proqramına şəxsən nəzarət etmək niyyətində olduğunu bildirib.