RU

Berdiyev məğlubiyyətin səbəbini AÇIQLADI: "Digər matçlara baxsaq..."

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 19-cu turunda Tovuz şəhər stadionunda "Kəpəz"ə 2:5 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev qərb derbisindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Kəpəz" layiqli qələbə qazandı. Onları təbrik edirəm. Planlaşdırdıqlarımızı edə bilmədik. Bizdə bu alınmadı.

- Son 8 oyunda 1 qələbə var. Səbəbi nədir?

- Təbii ki, müəyyən səbəbləri var. Sırf bu oyuna gəldikdə, bu gün heç nə alınmadı. Digər matçlara baxsaq, pis oynamamışdıq. Təhlillər edib səbəbləri axtaracağıq.

- Orxan Əliyevi transfer etməyinizin səbəbi nədir?

- Orxan pis futbolçu deyil. İlk matçıdır, bir az həyəcan var idi, Yavaş-yavaş düzələcək.

Избранный
3
4
publika.az

7Источники