RU

İsveçdə 20 Yanvara həsr olunmuş videokonfrans təşkil edilib

İsveçdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş "Qanlı 20 Yanvar" adlı videokonfrans keçirilib. SİA xəbər verir ki, konfrans İsveçin Höteborq şəhərində yaşayan "Qobustan" Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi tərəfindən təşkil edilib.

Tədbirin əvvəlində Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) professoru, tarixçi, politoloq Toğrul İsmayıl müxtəlif ölkələrdən olan 70-ə yaxın iştirakçıya 20 Yanvar faciəsi barədə geniş məlumat verib.

O bildirib ki, o zamanlar həmin hadisələrin canlı şahidi olub: "Sovet ordusunun xalqa qarşı amansızcasına və qəddarcasına əməliyyat həyata keçirməsi qanunlara zidd olan hərəkət və davranış idi. Bu, açıq şəkildə Azərbaycan millətini fiziki, zehni və mənəvi olaraq məhv etmək əməliyyatı idi" – deyə T.İsmayıl qeyd edib.

Sonra 20 Yanvar şəhidinin bacısı Məleykə Muradovaya çıxışında yanvarın 19-dan 20-nə keçən gecədə qardaşı Mehmanın yoldaşlarına qan verməyə gedərkən güllələndiyini bildirib.

"20 Yanvar bizim şanlı tariximizdir. Həmin gün xalqımız qanı ilə tarixi salnamə yazdı", - deyə M.Muradova sözlərinə yekun vurub.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli vurğulayıb ki, 20 Yanvar faciəsi təkcə hüzn deyil, həm də qürurlu, şərəfli, şanlı tariximizdir.

Избранный
10
3
sia.az

4Источники