Ann Buayon 20 Yanvar şəhidlərinin məzarı üstünə qərənfillər düzüb.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon 20 Yanvar şəhidlərinin xatirəsini anıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransa səfirinin "X" hesabında paylaşım edilib.
"Qara Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edən bu matəm gününündə, Avropalı həmkarlarımla ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad edirik", - paylaşımda deyilir.