Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, dövlət rəsmiləri faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.