RU

Fransanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Fransanın Azərbaycandakı səfiri Ann Buayon 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.

Herbiand.az xəbər verir ki, paylaşımda bildirilir:

"Qara Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edən bu matəm gününündə, Avropalı həmkarlarımla ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad edirik"

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Избранный
6
19
herbiand.az

10Источники