RU

Ermənistan parlamentində saxta xəritə qalmaqalı böyüyür

Bu gün Ermənistan parlamentində müxalifətdən olan revanşist deputat Anna Mkrtçyanın yaratdığı xəritə qalmalına vitse-spiker Ruben Rubinyandan sərt cavab gəlib. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Şərəfim var” fraksiyasının deputatı Anna Mkrtçyan sədr və müavinlərin oturduğu kürsünün qarşısına işğal dövrünə aid saxta xəritə yapışdırıb. Nikol Paşinyanın “Real Ermənistan” adlandırdığı keçmiş Ermənistan SSR-in xəritəsinin eskizinin Milli Məclisin divarına vurulmasına etiraz edən Mkrtçyan ona “metal qırıntısı” deyərək işğaldan azad olunmuş Azərbaycan ərazilərinin Ermənistanla birlikdə xəritəsini yerləşdirib. 

O, Qarabağı və ətraf rayonları “erməni torpağı” adlandırıb. Buna cavab olaraq sədrin müavini Ruben Rubinyan Anna Mkrtçyana cavab verib: 

“Elə indicə Serj Sarkisyanın deputatı Anna Mkrtçyan parlamentin tribunasının üstündəki Ermənistan xəritəsini metal qırıntıları adlandırdı ki, bu da, fikrimcə, Ermənistan Respublikasına açıq-aşkar təhqirdir. Bundan başqa, xanım Mkrtçyan “Dağlıq Qarabağ”ın və ona bitişik 7 rayonun göy rənglə işarələndiyi xəritəni gətirib nümayiş etdirdi ki, bura bizim vətənimizdir və bu satqın hökumət vətənimizi təslim edib. 

Gəlin onun məntiqinə davam edək. Sizin siyasi lideriniz 10 il prezident olub, 10 il isə vətəninin təslim olması ilə bağlı danışıqlar aparıb? Serj Sarkisyan açıq şəkildə çıxışlarında və müsahibələrində Ermənistanın 5+2 regionundan çıxmağa hazır olduğunu qeyd edib. Yəni Ermənistan öz vətənini tərk etməyə hazır idi? Vətəninə xəyanət etmək istəyirdi? Siz xainsiniz? Sizin komandanız satqınlar komandasıdır? Siz bir dəstə satqınsınız?” 

Избранный
12
50
cebheinfo.az

10Источники