RU

Xalq şairi: “Milləti birləşdirən matəmin bayramıdır” – VİDEO

Şəhidlər xiyabanı qərənfillər içində,

Hansının ad günüdür, bu, kimin bayramıdır.

Matəm heyrətə gəlir izdihamlar keçəndə,

Adı qara olsa da, Vətənin bayramıdır…

20 Yanvar faciəsində azadlıq uğrunda şəhid olan qəhrəmanlar əbədi olaraq yaddaşlarda yaşayacaq. 35 il öncə həmin gecə qorxmadan, rejimin, düşmənin əleyhinə çıxan və azadlıq uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin adları xalqımızın yaddaşına əbədi köçdülər. Onların əziz xatirəsinə saysız-hesabsız musiqilər bəstələndi, şeirlər həsr olundu.

Xalq şairi Vahid Əzizin 20 Yanvar faciəsinə həsr olunmuş, həm hüznü ifadə edən, həm də qürur, fəxarət hissi aşılayan “Qanlı bayram” şeirini təqdim edirik:

Cəvahir

Избранный
9
yenicag.az

1Источники