Bu gün Azərbaycanda 20 Yanvar qurbanlarının xatirəsi yad edilir. Ukraynada çoxlarının bilmədiyi, lakin bizi 1990-1991-ci illərdəki tarixi dövrdə gözləyən faciələrdən birinin ildönümü qeyd olunur. SSRİ tam dağılmamışdan əvvəlki son sarsıntılarında parçalanmaqda olan imperiyanı süngülərlə xilas etməyə çalışırdı.
Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı jurnalist və ekspert Aleksandr Kovalenko sosial media hesablarında yazıb.
Jurnalist xatırladıb ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunları Azərbaycanın paytaxtı Bakıya hücuma keçib. Bu təcavüzdə 25 mindən çox adam iştirak edib.
“İllər keçdikcə, bir sıra sənədlərin məxfiliyi ləğv edildikdən sonra məlum oldu ki, hərbi əməliyyat çoxdan, 1989-cu ilin ikinci yarısından hazırlanıb. Yəni, qanlı terror sırf siyasi xarakter daşıyırdı, əvvəlcədən planlaşdırılmışdı... İmperiya öz çürüməsinin üfunət iyini hiss edərək, ona daim günahsızların qanını çiləyərək qalib gəlməyə çalışır. Amma bu, heç vaxt ona kömək etməyib”, -deyə A.Kovalenko vurğulayıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта