RU

Beynəlxalq hüququn QƏRƏZİ – 20 Yanvarın təşkilatçıları niyə cəzalandırılmır?

"İlk növbədə, təbii ki, hər il olduğu kimi, mən Sovet İttifaqı əsgərləri tərəfindən törədilmiş 20 Yanvar qırğınının qurbanlarının ailələrinə başsağlığı verirəm. Mən hüquqşünas deyiləm və buna görə də bu vəhşilikləri törədən əsgərləri məsuliyyətə cəlb edə biləcək hüquqi prosesə başlamaq üçün hansı hüquqi mexanizmlərin tələb olunacağını bilmirəm. 

Məsələni mürəkkəbləşdirən amillərdən biri onların artıq mövcud olmayan ölkədə (SSRİ) baş verməsidir. Beləliklə, bu vəziyyətdə mühakimə oluna biləcək hər hansı bir tərəfin olub-olmayacağı və ya şəxslərin artıq mövcud olmayan bir hökumətin əmrlərinə sadəcə tabe olub-olmaması ilə bağlı bir çox hüquqi qeyri-müəyyənlik var". 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

20 Yanvar faciəsindən 35 il ötür


20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətin hələ də verilməməsini şərh edən diplomat, bunun 20-ci əsr tarixində törədilmiş ən amansız faciələrdən biri olduğunu deyib.

"İkinci məqam ondan ibarətdir ki, bu gün, postsovet dövründə Azərbaycan hökuməti beynəlxalq cinayət işini, məncə, Beynəlxalq Cinayət Məhkəməsinə və ya Birləşmiş Millətlər Təşkilatına ən azı siyasi mülahizələrlə qaldırmalıdır. Amma ümumilikdə beynəlxalq sistemdə vəhşilikləri törədənlərin məsuliyyətə cəlb edilməsi üçün etibarlı hüquqi mexanizmlər mövcud deyil. 

Əminəm ki, siz Beynəlxalq Cinayət Məhkəməsi və onun fəaliyyətinin nə qədər mübahisəli olması ilə tanışsınız və Birləşmiş Ştatlar heç vaxt ona qoşulmayıb. Bir çox ölkələr ona qoşulmayıb. Vəhşilikləri törədənlərin məsuliyyətə cəlb edilməsi presidentləri olduqca nadirdir və adətən ayrı-ayrı əsgərlər deyil, ölkələrin liderləri və ya böyük siyasi hərbi hərəkatlar ittiham olunur", - deyə diplomat bildirib.

Tehran Orucoğlu, Bizim.Media

Избранный
6
1
bizim.media

2Источники