Avropa İttifaqı (Aİ) Çinin əqli mülkiyyət siyasətinə və müəllif hüququ ödənişlərinə qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) hüquqi prosedurlara başlayıb.Aİ Komissiyası Çinin əqli mülkiyyət sahəsində ədalətsiz və qeyri-qanuni təcrübələrini aradan qaldırmaq üçün ÜTT-də məsləhətləşmələr tələb etdiyini açıqlayıb.Bəyanatda xatırladılır ki, Çin öz məhkəmələrinə patent sahibinin razılığı olmadan Aİ standartlı əsas patentlər üçün məcburi müəllif hüququ dərəcələri təyin etmək səlahiyyəti verib.Bəyanatda bu prosesin Avropadakı yüksək texnologiya şirkətlərini qonorar dərəcələrini aşağı salmağa məcbur etdiyi, Çin istehsalçılarına haqsız olaraq Avropa texnologiyalarına daha ucuz çıxış təmin edildiyi bildirilib.Açıqlamada Çinin sözügedən davranışının Avropa İttifaqı məhkəmələrinin Avropa patent məsələlərindəki yurisdiksiyasına haqsız olaraq müdaxilə etdiyi və bunun ÜTT qaydalarına uyğun olmadığı bildirilib.Qeyd olunub ki, Aİ xüsusilə telekommunikasiya sektorunda yüksək texnologiyalı patent hüquqlarının qorunması üçün ÜTT-nin mübahisələrin həlli prosedurunun ilk addımı kimi məsləhətləşmələr tələb edib.Məsləhətləşmə prosesi çərçivəsində 60 gün ərzində bir həll əldə edilməzsə, iş məhkəmə prosesi mərhələsinə keçə və ÜTT-dən məsələ ilə bağlı qərar vermək üçün bir panel yaradılması tələb oluna bilər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта