RU

Qazaxıstanlı qapıçı: "Sabah"a keçdiyim üçün çox şadam"

Burada olduğum üçün çox şadam.

"Report" xəbər verir ki, bunu "Sabah" futbol klubunun yeni transferi Stas Pokatilov paytax təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

"Stadionda görüşənədək. Sabah bizik", - deyə 32 yaşlı qazaxıstanlı qapıçı bildirib.

Qeyd edək ki, Stas Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib.

Избранный
11
47
report.az

10Источники