
“Ukrayna prezidenti Vladimir Zelenski sülh müqaviləsi bağlamaq istəyir. Rusiya lideri Vladimir Putinin bunu istəyib-istəmədiyini bilmirəm”.
Reyting.az xəbər verir ki, bunu ABŞ-nın yeni prezidenti Donald Tramp deyib.
“Zelenski deyir ki, razılaşmaq istəyir. Bilmirəm, Putin bunu istəyir, ya yox. Putin də razılığa gəlmək məcburiyyətindədir, məncə, o, müqavilə bağlamamaqla Rusiyanı məhv edir”,- Tramp bildirib.
ABŞ-nın yeni prezidenti əlavə edib ki, Rusiya buna görə “böyük problemlər” yaşayacaq, çünki rusların əksəriyyəti “müharibənin bir həftəyə bitəcəyini düşünürdü”.
“Düşünürəm ki, o, bu müharibəyə son qoysa, çox xoşbəxt olardı”, - “NDTV World” Amerika liderindən sitat gətirib.
Tramp Putinlə danışacağını desə də, vaxtı dəqiqləşdirməyib.
ELÇİN