RU

Davosda iştirak etmək siyasi nüfuzun göstəricisidir– ÖZƏL

"Davos şübhəsiz, dünyanın ən önəmli iqtisadi zirvələrindən biridir. Dünya İqtisadi Forumu öz nüfuzuna görə dünyanın ən önəmli iqtisadi tədbirlərindən biri hesab edilir. İqtisadi bir forum olsa da, beynəlxalq münasibətlər, ölkələrarası inkişafa və geostrateji baxışlara ciddi təsir edir". 



Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki Davos İqtisadi Forumunda aparıcı ölkələrin, şirkətlərin, maliyyə institutlarının rəhbərləri iştirak edir, çox önəmli məsələlər gündəmə gətirilir. Burada irəli sürülən fikirlər, ortaya atılan idealar, gündəmə gətirilən mövzular dünyanı çox yaxından əlaqələndirən məsələlərə çevrilir və Davosda gündəmə gələn mövzular demək olar ki, növbəti Davosa qədər dünyanın ən önəmli məsələləri sayılır. Burada hər zaman önəmli təmaslar olur. Davosds iştirak etmək də çox önəmli bir siyasi nüfuzun göstəricisidir. Azərbaycan Respublikası 1995-ci ildən- Ulu öndər Heydər Əliyevin dövründən Davosda iştirak edir və Azərbaycan Davosun keçirilən 55-ci zirvəsində də ən yüksək səviyyədə təmsil olunur. Cənab İlham Əliyev bu günlərdə Davosdadır. Orada önəmli media resurslarına müsahibələr verir, önəmli siyasi və iqtisadi çəkisi olan şəxslərlə faydalı görüşlər keçirir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
44
olaylar.az

10Источники