RU

Amorim: “Mançester Yunayted” tarixinin ən bərbad komandasıyıq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın cari mövsümdəki çıxışı haqda fikrini bildirib.

Arena.az jurnalist Ben Ceykobsa istinadən, portuqal mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Biz, “Mançester Yunayted tarixinin bəlkə də ən bərbad komandasıyıq. Sizə başlıqlar gərək olduğunu bilirəm, amma bunu ona görə deyirəm ki, biz bunu etiraf edib dəyişməliyik. Budur, bu da sizin başlıqlarınız”, deyə Amorim vurğulayıb.

22 oyundan 26 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Cari mövsümdə bir çox nəticələr baxımından “qırmızı şeytanlar” klub tarixinin ən pis statistiki göstəricilərinə imza atıblar.

Избранный
27
22
arena.az

10Источники