Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu qaydaları dəyişməkdə məqsəd heç də ölkədə hər hansı bir mal və məhsulun qiymətinin ucuzlaşması deyil:
“Bu qaydaların dəyişdirilməsi həmin problemlərin aradan qaldırılmasına yönəlib. Məsələn, ərzaq buğdasının strateji ehtiyat kimi alınması zamanı kifayət qədər şişirdilmələrə yol verilirdi. Bunu da onunla izah edirdilər ki, daha keyfiyyətli, daha çox standartlara uyğun məhsul aldığımıza görə bu məhsullar baha başa gəlir. Amma hər halda hökumət hesab edir ki, bu istiqamətdə müəyyən işlər görmək lazımdır. İndiki qaydalara görə, prosesdə müəyyən neqativ halların aradan qaldırılmasına yönəlik müəyyən tədbirlər görülübdür. Düşünmürəm ki, bu qərarın dəyişdirilməsi, yəni yeni qərarın qəbul edilməsi bu sahədə əyintiləri tamamilə aradan qaldıracaqdır. Ümumiyyətlə, dünyada hökumət pul verib nə isə alırsa, orada mütləq əyinti olur, mütləq korrupsiya olur. Bu, dünyanın ən demokratik, ən inkişaf etmiş ölkələrində də belədir. Ən yaxşısı odur ki, dövlət həmişə belə alışlardan maksimum qaçmalıdır. İqtisadiyyat tənzimləməni elə qurmalıdır ki, hökumət satın almalarına ciddi ehtiyac qalmasın”.
Leyla Turan
Demokrat.az
10Источники
-
oxumeni.azGürcüstan bir neçə saat internetsiz qalıb ( 15095851)
-
xezerxeber.azBakı-Quba yolunun bir hissəsi dağılıb VİDEO ( 14994535)
-
sportinfo.azBu gecə metronun iş vaxtı 1 saat uzadılır - “Qarabağ”a görə ( 14994431)
-
dogru.azGünəşdə nadir bir hadisə baş verdi – üç saat ərzində müşahidə edilən qara plazma emissiyası. ( 14973305)
-
xalqcebhesi.azAzərbaycan-Gürcüstan münasibətləri: perspektivlər nədən ibarətdir? ( 14971781)
-
avtosfer.azÇökmüş yolu düzəldən yoxdur: Sürücülər təhlükə ilə üz-üzə qalıb - VİDEO ( 14960003)
-
avtosfer.az“Bu qərarla heç bir məhsul ucuzlaşmayacaq” - AÇIQLAMA ( 14933477)
-
demokrat.az“Bu qərarla heç bir məhsul ucuzlaşmayacaq” — AÇIQLAMA ( 14931681)
-
nocomment.azRusiyanın bu şəhərində avtomobillərin olduğu küçə və girişlər su altında qalıb ( 14864215)
-
operativmedia.azAzərbaycan-Gürcüstan tərəfdaşlığı bütün istiqamətlərdə inkişaf edir - Deputat ( 14850199)