RU

Azərbaycanla münasibətləri inkişafı etdirmək Gürcüstan üçün həyati əhəmiyyət daşıyır- ÖZƏL

"Gürcüstan və Azərbaycan  həm beynəlxalq, həm də regional təşkilatlarda həmişə bir-birinə dəstək olublar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyıblar. İkinci Qarabağ müharibəsindən sonra özünün ərazi bütövlüyünü təmin edən və Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan ilə münasibətləri inkişafı etdirmək Gürcüstan üçün də həyati əhəmiyyət daşıyır. Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük müharibədə əldə etdiyi parlaq qələbə, ərazi bütövlüyünü təmin edə bilməsi Gürcüstan üçün də müsbət presedent yaratdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı hərbi əməliyyatları ilk dəstəkləyən ölkələrdən biri də Gürcüstan oldu. Təsadüfi deyil ki, mətbuata açıqlamasında Baş nazir Kobaxidze Prezident cənab İlham Əliyevi xalqının, dövlətinin maraqlarını müdafiə edən lider adlandırdı: "Siz regionda fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur". Doğrudan da, bu gün Azərbaycan dövləti və onun rəhbəri bir çox ölkələr üçün nümunədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
50
olaylar.az

10Источники