RU

ÜST ABŞ-nin təşkilatdan çıxmasına təəssüf edir – ÖZƏL

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-nin təşkilatdan çıxmaq qərarına görə təəssüf hissi keçirir. 

Olaylar.az xəbər verir ki, bu barədə ÜST-ün rəsmi açıqlamasında bildirilib.

Açıqlamada vurğulanıb ki, ABŞ 1948-ci ildə təşkilatın yaradıcı dövlətlərindən biri olub və 193 üzv ölkə ilə birlikdə ÜST-ün formalaşmasında və idarəçiliyində iştirak edib:
"Yeddi onillikdən çox müddətdə ÜST və ABŞ saysız-hesabsız həyatları xilas edib və amerikalılar da daxil olmaqla bütün dünyada insanları sağlamlıq təhdidlərindən qoruyub."

ÜST ümid edir ki, ABŞ bu qərarını yenidən nəzərdən keçirəcək və təşkilat Vaşinqtonla tərəfdaşlığı davam etdirmək üçün konstruktiv dialoqa hazır olduğunu bəyan edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin ÜST-dən çıxacağını elan edib. O, təşkilatı Vaşinqtona qarşı "ədalətsiz maliyyə tələbləri" irəli sürməkdə ittiham edib və bunun ABŞ üçün məqbul olmadığını bildirib.

Qeyd edək ki, Financial Times qəzetinin yazdığına görə, ABŞ-nin ÜST-dən çıxması təşkilatın əsas maliyyə mənbəyini itirməsinə səbəb olacaq və bu, ÜST-ün fövqəladə hallarla mübarizə imkanlarına ciddi zərbə vuracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
50
olaylar.az

10Источники